Nəyimizə lazımdır, Cəfər Cabbarlı, Ömər Faiq? Bütün həyatını, istedadını xalqa həsr edən bu dahilər bizə lazımdırmı? Axı nəyimizə gərək? Bu gün onları oxumuruq, öyrənmirik. Sadəcə məktəb dərsliyində olduğu üçün oxuyuruq. Bilirəm, bu yazını oxuyan hər 10 adamdan 9-u deyəcək ki, mən oxumuşam. Fəqət elə dərd də ondadır ki, bu yazını da az adam oxuyacaq. Bu məsələ haqqında düşünəndə yadıma bir hadisə düşdü. Bir dostum təhsil məsələləri ilə əlaqədar sənədləşmə işlərində məndən yardım istəmişdi. Mənsə bu dosta qarşı qəzəbli idim. Ondan ötrü ki, böyük oğlunun toyuna təkcə müğənniyə 8 min manat verən bu adam, övladlarının təhsilinə pul xərcləmək istəmirdi. Hirslə cavab verdim ki, get, uşaqların sənədləşmə işində 8 min manat verdiyin müğənnidən kömək istə.
Görəsən, biz niyə beləyik? İldə ikicə dəfə müəllimlərə hədiyyə verməli oluruq, onda da deyinirik, danışırıq. Anlamaq istəmirik ki, bu hədiyyəni uşaqlarımızın ruhunu, düşüncəsini böyüdən müəllimlərinə veririk. Həmin anda toylara, nişanlara, gözəllik salonlarına xərclədiyimiz pullar yadımıza düşmür. Mənim dostum da təəssüf ki, bu qəbil adamlardan biri idi. Sonra münasibətlərimiz pozuldu. Çünki, vallah, qəsdən eləmirəm. Ancaq dözə bilmirəm belə adamlara. Ürəyim sıxılır, nəfəsim kəsilir. Başqa bir dostumla da təqribən bu mövzuya yaxın mövzuda mübahisə etmişdim. İbadət əhli olan bu dostum dövlət kitabxanalarından kitab oğurlamaqla fəxr edirdi. Ən azı 15 kitab oğurlamışdı. Adama deyirdim ki, sənin oğurladığın bu kitab indi kiməsə çox vacibdir, kimsə o kitabı axtarır. İkincisi də ki, lap heç kəsə lazım deyil. Axı, kitabxanaların funksiyası sənin evindəki kitabxananı doldurmaq deyil. Kitabxanalar oxuculara xidmət edir, kitabları da oxuyub qaytarmaq şərti ilə verirlər. İnsanların ürəyi yumşaqlığından belə bəd niyyətlər üçün istifadə etmək olmaz. Adama deyirdim ki, əgər bu gün sadə bir vətəndaş kimi dövlətə 5-10 manat pul atıb bununla fəxr edirsənsə, sabah Allah eləməsin, nazir olsan dövlətə 20 milyon atmaqla qürur hissi keçirəcəksən. Belə adamlar başa düşmür ki, məsələn, kassada sənə 20 manat qaytarmaq yerinə yorğun halında 30 manat qaytaran kassirə səhvən verdiyi 10 manatı geri vermək lazımdır. Çünki, əxlaq bizdən bunu tələb edir. Adamdan soruşuram ki, a vicdansız, axı niyə belə edirsən. Cavab verir ki, o boyda mağazadır, onsuz da çox qazanır, 10 manatla varlanan deyil.
Adam başa düşmür ki, mağaza lap milyon manat da qazansa belə nadan hərəkətlə sən öz içindəki əxlaqa xəyanət edirsən. İkincisi, o 10 manatı kassirin maaşından kəsirlər. Bunları da danışanda deyir ki, kassirin canı çıxsın. Ayıq olsun, düzgün işləsin. Adama izah etmək olmur ki, insandır, neçə saat ayaq üstdə işləyir. Yorulur, ya həyatında ciddi problem var, fikrini bir yerə toplaya bilmir.
Bir də belə adamların özlərini müsəlman saymaqları, ibadət əhli hesab etməkləri var. Hələ utanmaz-utanmaz təbliğat da aparırlar. Mənim tanıdığım ibadət əhli olan müsəlman dostlarım arasında yetərincə sağlam fikirli, həyatını doğru-dürüst yaşayan bir neçə adam var. Ancaq onlar həyalarına qısılıb susurlar. Abırsız adamlarsa özlərini İslam carçısı kimi təqdim edirlər.
Sualımı bir daha təkrar edirəm, həqiqətən də Cəfər Cabbarlı, Ömər Faiq Nemanzadə bizə lazımdırmı? Axı biz cəmiyyət olaraq yaşadığımız hər gün, hər saat onların ruhuna xəyanət edirik.
Almaniyadan bir dostum gəlmişdi Bakıya. Orada yaşayan azərbaycanlı deyil, həqiqətən də Almaniya vətəndaşıdır və milliyətcə də almandır. Metronu görmək istədi, 28 may həndəvərində adamı yüz yoldan hərlədib fırladım metronun girişinə gətirdim ki, Cəfər Cabbarlının heykəlini görməsin. Mən bu heykəli görəndə utandığımdam ölüb yerə girmək istəyirəm. O boyda Cəfər Cabbarlının heykəli quş nəcisiylə dolu olur. Ayıbdır axı. O boyda şəxsiyyəti belə hörmətsiz eləməzlər axı. Çətindirmi o heykəli səliqəli, təmiz saxlamaq. Niyə bizim sevgimiz də, nifrətimiz də saxtadır? Mən gecə-gündüz Cəfər Cabbarlı sevgisindən danışan bir tələbə yoldaşımın dəfələrlə həmin heykəlin qarşısına siqaret kötüyü atdığını görmüşəm.
Axı Ömər Faiq nə qədər əzab çəkmişdi, deyirdi ki, biz işığı itirməməliyik, bu işığı qorumalı, gələcək nəsilə ötürməliyik. Bəli, onlar bu işığı qoruyub bizə ötürə bildilər. Ancaq biz o işığı məhv elədik.
Ömər Faiq Nemanzadə "Dərdimiz və dərmanımız" adlı məqaləsində yazır ki, dövlətli adamlarımız var, fəqət təəssüf ki, onlar mədəniyyətə, elmə dəstək olmaq istəmirlər, əksinə pullarını, varidatlarını artırmaq haqda düşünürlər.
Yalandan özümüzü tərifləməklə deyil e. Hər şeyə dürüst münasibət bəsləmək və həqiqəti demək lazımdır. Azərbaycan ziyalılarını təkcə repressiya öldürməyib, Onları həm də biz öldürmüşük, öz dərdimizlə, laqeydliyimizlə, cahilliyimizlə.
Yalandan özümüzü tərifləməklə deyil e. Hər şeyə dürüst münasibət bəsləmək və həqiqəti demək lazımdır. Azərbaycan ziyalılarını təkcə repressiya öldürməyib, Onları həm də biz öldürmüşük, öz dərdimizlə, laqeydliyimizlə, cahilliyimizlə.
Cəfər Cabbarlıya yaşamaq üçün sadəcə 35 il icazə verdik, adamın ürəyi partdadı öldü. Mirzə Cəlilə bir parça quru odunu çox görən millətik biz. Adam əlyazmalarını cırıb peçə atırdı ki, soyuqdan donmasınlar. İndi kimi dindirsən deyir ki, Cəfər Cabbarlını, Ömər Faiqi, Mirzə Cəlili sevirəm. Sevirsən sev, mən etiraz eləmirəm. Amma hanı bu sevginin sübutu. Axı bu sevginin əməldə tətbiqini görmürük. Adam heyrətlənir ki, eyni adamlar həm deyir ki, 100 il ərzində heç nə dəyişməyib, həm də Cəfər Cabbarlını,Ömər Faiqi, Mirzə Cəlili sevir. Sevirsənsə bu sevgini əməldə sübut elə də. Sözdə sevməyə nə var ki?
Bu gün 24 Apreldir. Qondarma erməni soyqırımı günü. 18 Mart, 1918-ci ildə Üzeyir Hacıbəyovun evini ermənilər gülləbaran eləmişdi. Biz də Üzeyir bəyi daş-qalaq edirdik. Cəfər Cabbarlı da bu soyqırımdan canını güc-bəla xilas etmişdi. Yəni, çox qəribə millətik e, bizim ziyalımıza düşmən də nifrət edib, biz özümüz də. Bilməm, anlata bildimmi?
Cəfər Cabbarlı adına kino studiyada Maşın realiti şou çəkirlər. Sonra bu layihənin rəhbəti Murad Dadaşov Xəzər TV rəhbəri təyin edildi. Təbrik edirəm, uğurları bol olsun. Bayağı saydığı müğənnilərə efir qadağası qoyub Fəlakəti efirə dəvət elədi. Çox uğurlu islahatdır, həqiqətən. Məncə gəlin, hamılıqla birləşək və Murad Dadaşovdan xahiş edək ki, növbəti Maşın Realiti Şou- nu Axundov adına kitabxanada keçirtsin. Cəfər Cabbarlıya bir-iki il istirahət verək heç olmasa. Baxma da, Axundov həm də hərbçi olub axı, dözümü Cəfər Cabbarlıdan daha çox olar.
Nicat Həşimzadə

Sonuncu abzası xüsusilə bəyəndim."Cəfər Cabbarlı adına kino studiyada Maşın realiti şou çəkirlər. Sonra bu layihənin rəhbəti Murad Dadaşov Xəzər TV rəhbəri təyin edildi. Təbrik edirəm, uğurları bol olsun. Bayağı saydığı müğənnilərə efir qadağası qoyub Fəlakəti efirə dəvət elədi. Çox uğurlu islahatdır, həqiqətən. Məncə gəlin, hamılıqla birləşək və Murad Dadaşovdan xahiş edək ki, növbəti Maşın Realiti Şou- nu Axundov adına kitabxanada keçirtsin. Cəfər Cabbarlıya bir-iki il istirahət verək heç olmasa. Baxma da, Axundov həm də hərbçi olub axı, dözümü Cəfər Cabbarlıdan daha çox olar. "
YanıtlaSilBu, acı həqiqətdir. Əgər kinostudiyaya M.Dadaşov təyin olunacaqsa, Səməd Səmədov, daha kimilər Əməkdar artist, Xalq artisti olacaqsa, adamın nə kitab oxumağa, nə musiqi dinləməyə, nə ekrana ayrılmağa marağı olmur, basaratı bağlanır.
Təşəkkür edirəm, uğurlar olsun.