21 Nisan 2020 Salı

Afaq Bəşirqızı, Rasim Balayev, Elgiz və efirdə söyüş



 Efirdə söyüş söymək olarmı? Əgər biz sözdə dediyimiz kimi hər şeyi təbii görmək istəyiriksə o zaman efirdə söyüşə belə kəskin münasibət göstərməyək gərək. Bu, həm də onu sübut edir ki, biz hələ də sovet düşüncəsindən xilas ola bilməmişik. Məsələn, Sovet romanlarında bir qadın ərinin dostu ilə ərinə xəyanət edəndə xəyanətə uğramış ər gəlib arvadına və nadan dostuna belə deyir:

- Sizdən heç cür bu hərəkəti gözləməzdim. Axı sizin etdiyiniz hərəkət kommunist əxlaqına ziddir. Şanlı Sovet mədəniyyətini niyə alçaldırsız.

Camaatımız efirdə səsləyən etikadan kənar ifadələrə elə sərt reaksiya göstərdi ki, mən çox təəccübləndim. İstər-istəməz düşündüm: Uşağına "əmini söy, dayıya eşşək de" sözlərini öyrədən camaat biz deyilik?
Bir hadisəni deyim, karantin günlərində biraz güləsiniz. Öz gözümlə görmüşəm. Uşağın sünnətini qardaşına verib dedilər ki, apar, dayın yesin.
Adam istər-istəməz fikirləşir ki, bu hadisələr, bu sözlər nədir, bəs bu amillər varkən  mədəniyyət naminə belə savaşmaq, üzdə, sözdə belə can-fəşanlıq etmək nədir?

Məsələn, hansısa müğənni yaxşı oxuyanda deyirik ki, köpək oğlu nə oxuyur e.
Və yaxud hansısa yazıçını tərifləyəndə deyirik ki, əclaf yaman yaxşı yazıçıdır. Yəni, Qafqaz xalqlarının danışıq dili elə söyüşlərdən ibarətdir.
Yazılarımda tərbiyəsiz sözlər olduğu üçün məni qınayan tələbə dostlarıma bir dəfə kinoteatra "Hadi İnşallah" filminə baxmağa getmişdik. Söhbət  tələbə qızlardan gedir. Bütün kino ərzində söyüşün 10-u bir qəpiyə idi. Qızlar hündür səslə bu söyüşlərə, bu bayağılığa gülürdülər. Film bitəndən sonra dedim ki, mənim yazdığım söyüşlər bu söyüşlərin yanında həm yasa, həm də toya getməlidir. Nə desələr yaxşıdır? Kino başqa, ədəbiyyat başqa.
Belə adamlar hər zaman bəhanə tapırlar.
Ümumiyyətlə gərək qadınlarla mübahisədən qaçasan. Milyon dənə sübut da qoysan qadın yenə öz bildiyini həqiqət sayır. Kurtlar Vadisi Pusu filmində İsgəndər Böyük İnciyə deyir:
Bir ideyaya inanmış bir qadın, bir ideyaya inanmış min kişidən daha təhlükəlidir.
Efirdə söyüş söymək olar sualına dəqiq cavab vermək çətindir. Ancaq bu məsələ elə də ciddi əhəmiyyət kəsb edən məsələ deyil. Millət həm deyir ki, biz televizora baxmırıq, həm də TV dəki hansısa söyüşə görə narahat olur.
Keçikçidağda bizim ordumuzun qürurunu tapdaladılar. Ancaq indi Afaq Bəşirqızının söyüşü bizi Keçikçidağda ordumuzun qürurunun təhqir olunmasından daha çox ağırıdır.
Ümumiyyətlə mənə elə gəlir ki, penislə bağlı söyüşlə bizim insanımıza daha maraqlıdır. Yadınıza gəlirmi, o boyda İlber Ortaylını da sünnət toyuna aparmışdıq.
Gələk Elgizə. Elgiz müasir televiziyanın bayağı şərtlərinə ən gözəl şəkildə cavab verən bir aparıcıdır. Cadu, yalan, evlilik, cin çıxartma və s. Adam konkret reytinqə çalışır. Bunu zatən bilirik. Amma Afaq Bəşirqızının Elgizi tənqid etməyə haqqı varmı? Məncə zərrə qədər də yoxdur. Çünki, Afaq Bəşirqızı bir zaman şəkil çəkdirdiyi, verilişində iştirak etdiyi, təriflədiyi adamları indi tənqid etmək haqqına sahib deyil. Prezidentlə görüşdə Afaq xanım aktyorların, aktrisaların haqqını, hüququnu müdafiə etməklə qəhrəman obraz yaratdı. Həmin an mən onda Teatr Xadimləri İttifaqının rəhbəri olmaq ehtirası gördüm. Bəs sonra noldu? Rayon camaatını təhqir elədi. Qəhrəman qadın obrazını bircə anda itirdi. Daha sonra nə oldu? Həmin qəhrəman qadın obrazını yaratmaq üçün Elgizi söydü. Yəni, xalqa mesaj vermək istədi ki, mən sizi düşünürəm. Sizə görə bayağı verilişləri və aparıcıları söyürəm.
Ay hörmətli Afaq xanım, xalqı belə sevən adamsızsa, 190 manata görə qurulan fırıldaqlardan danışın da. Rayon camaatını söyərək niyə hökümətin rəğbətini qazanmaq və ya qazandığınız rəğbəti artırmaq istəyirsiz?
Günah sizdə deyil e, bizdədir. Məsələn, həmkarınız Rasim Balayevin də gücü ancaq TV aparıcılara və Elza Seyidcahana çatır. Mənə görə, Elza Seyidcahan Rasim Balayevdən də, Afaq xanımdan da daha dəyərlidir. Şeilərinə görə onu sevməsəm də, bəstəkar kimi o yüksək hörmətə layiqdir. Elza xanım ən azından ölkəsində baş verən məsələlərə münasibət bildirməyə cəsarət edir. O ki, qaldı heyvanlara konsert verməyə. Belə sosial aksiyalar Avropanın qabaqcıl ölkələrində tez-tez olur. Məsələn, Avropada bir qadın təbiətin qorunması mesajını vermək üçün ağacla ailə qurur. Amma bizim bəzi savadsız saytlarımız, bəzi savadsız tv müxbirlərimiz məsələni ekoloji xəttə yox, evliliyə çəkirlər.

Axı niyə bir xalq artisti, bir xalq şairi  telefonu ilə bir video çəkib paylaşmadı sosial şəbəkələrdə. Xalqın aclığına, düşdüyü belə ağır vəziyyətə etiraz etmədi? Rasim Balayevi də, Afaq xanımı da aktyor kimi, aktrisa kimi sevirik, alqışlayırıq. Amma və lakin, xalq artisti belə olmamalıdır. Axı Rasim müəllim nə zamana kimi Zaurla, Elza Seyidcahanla dalaşacaq? 

Niyə bircə dəfə ölkədəki siyasi-iqtisadi vəziyyət haqqında fikir bildirmir, xalq artistlərimiz?
Çünki onlar xalqın yox, hökümətin artistləridir.
İnsan istədiyi siyasi partiyanı dəstəkləyə bilər. Amma məsələn YAP-ə sevirsənsə gördüyü yaxşı işlərli tərifləməklə bərabər, nöqsanlarını da tənqid etməlisən. Eynən, digər partiyalara da belə yanaşmaq lazımdır. Bəzi adamlar elə bilir ki, bir partiyanı sevirsənsə gördüyü müsbət işi də, mənfi işi də tərifləməlisən. Belə yanaşma kökündən səhvdir. Və yaxud tənqid etdinsə demək ki, xəyanət edirsən. Bizim xalq artistlərimizə bircə nümunə çəkəcəm. Türkiyənin əfsanəsi Tarık Akan deyirdi ki, sənət adamı apolitik ola bilməz. Sənət adamısansa demək siyasətə artıq qarışmısan. Özünü kənara çəkib dayana bilməzsən. Ya gördüyün ciddi sənət işləri səni siyasətlə bağlayacaq, ya da bayağı işlər görməklə baş qatacaqsan, daha doğrusu başını salamaq saxlamaq istəyəcəksən.

Əslində bizi hər gün söyürlər, ancaq Elgizi söyürlər deyə narahat oluruq. Bəs özümüzə görə nə vaxt narahat olacağıq?

Yazımı bu cümlə ilə bitirmək istəyirəm: Allah böyük şəxsiyyətimiz Fuad Poladova rəhmət eləsin. 
                                                                                                       
                                                                                     
                                                                                Nicat Həşimzadə 



1 yorum:

  1. Elgiz tək deyil, iki Zaur var, Tolik var, Sərxan var, regional televiizyalarda daha kimlər var. Mətbuat, televiziya cəmiyyətin güzgüsüdür. Bu, qənaət sovet dövründə Böyük aktyor Ş.Çaplin deyərmiş ki, mənim ən yaxın dostum aynadır.Çünki ancaq o, olduğum kimi göstərir.Təəssüf ki, bizim mətbuat, telekanallar güzgü olmaq amacından uzaqdır. Mətbu vasitələr, özəl telekanallar arasında ardıcıllıq, varislik əlaqəsi yoxdur. Cəmiyyətdə danışılır ki, hansı informasiya agentliyi, sayt, telekanal kimindir, kim onları himayə edir. Peşəkarlar telekanallarda davam gətirə bilmir, uzaqlaşır.Amma Zaur Baxşəliyev də, o biri Zaur da, Tolikdə televiziyaya, mətbuata can qoymuş şəxsərin fövqünə qaldırılır. İndi MTRŞ-da dəyişiklik olub, ümid edək ki, keyfiyyət dəyişikliyi olacaq. Murad Dadaşov hansı kanaldasa Bədii Şuraya üzv seçilmişdi, indi də "Xəzər"in rəhbəri. Kaş bizim məmləkətdə də jurnalistika fakültəsi olmuş olaydı.Orada milli mütəxəssislər hazırlanaydı. Bürün kütləvi informasiya qurumlarında onlar rəhbərlik edəydi.Ceyhun Bayramov təhsil adamı deyil. Rəşad Ənvər oğlu Tağıyev Bakı şəhəri üzrə Təhsil idarəsinin müdiridir. Axı bunlar təhsil mütəxəssis deyillər.Təhsil üzrə fəaliyyət göstərmək istəyirdilər, pedaqoji təhsil alaydılar. Tamamilə kənar sahələrdə işləyib, birdən-birə təhsil sektoruna ən yüksək vəzifəyə təyinat alıblar. Onda hansı işimiz düz gedəcək?

    YanıtlaSil